Azərbaycana qarşı kəskin mövqeyi ilə seçilən "Rossiya Segodnya" media qrupunun rəhbəri və “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan əməliyyat olunub.
Bakupost.az xəbər verir ki, Simonyan bu barədə Telegram kanalında yazıb.
“Bir neçə saat əvvəl narkozdan ayıldım. Bundan sonrakı hər şey yalnız Allahın əlindədir”, – deyə o bildirib.
Qeyd edək ki, Marqarita Simonyan bir gün əvvəl qarşıda onu ağır bir əməliyyatın gözlədiyini, dəhşətli xəstəliyə tutulduğu demişdi.
Aysel,
BakuPost