Ru
22:57 / 11 Sentyabr 2026

Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? - VİDEO

Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? -  VİDEO
Eye

44 günlük Vətən müharibəsinin şəhidi Mürşüd Məmmədzadənin anası Ülviyyə Abbasova “Unikal Baku” şirkətinin rəhbəri Nəsimi Qədirov və onun həyat yoldaşı Elnarə Qədirovadan şikayətçidir.


"Bakupost" xəbər verir ki, Sitat.info-ya danışan Şəhid anası Nəsimi Qədirovun ona 5 min manat borcu olduğunu bildirib.

Borcunu tələb etdiyi üçün N. Qədirov və həyat yoldaşı E. Qədirova tərəfindən təhqir edildiyini deyən Ülviyyə Abbasova bildirib ki, Elnarə Qədirova onu pulunu istədiyinə görə dilənçi adlandırıb:

“Get, şəhidinə hörmət elə, dilənçi”.

Şəhid anasının sözlərinə görə, şirkət rəhbəri onunla yanaşı, bir neçə nəfərin, o cümlədən bəzi məşhur simaların da pulunu “atıb”.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar