Ru
22:28 / 06 Avqust 2026

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
Eye

Bir neçə gün öncə Buzovnada, dənizdə batan qardaşlardan biri robototexnika və texnologiya yarışının qalibi imiş.

“Bakupost” Patrul.az-a istinadən xəbər verir ki, Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi olmuş Ruslan Həmidov 2026-ci ildə Azərbaycanda keçirilən “World Robot Caspian Cup” çempionu olub.

Xatırladaq ki, avqustun 2-də Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batıb. 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafik qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafik oğlunun meyiti isə sahildə aşkar edilib.

Avqustun 4-də isə 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafik oğlunun meyiti dalğıclar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar