Ru
23:37 / 24 İyul 2026

Deputat maaşından imtina etdiyini açıqladı

Deputat maaşından imtina etdiyini açıqladı
Eye

Ermənistan Parlamentində “Güclü Ermənistan” Partiyasının üzvü Narek Karapetyan maaşından imtina edəcəyini bəyan edib.


“Bakupost” xəbər verir ki, bu barədə erməni siyasətçi məhkəmənin həyətində jurnalistlərə açıqlamasında bildirib.

“Mən parlamentdə maaş almayacağam, imtina edəcəyəm. Bütün fraksiya isə mükafat pullarından (premiya) imtina edəcək”, – deyə Karapetyan vurğulayıb.

O, həmçinin, böyük ehtimalla, parlamentdəki fraksiyaya şəxsən rəhbərlik edəcəyini qeyd edib.

Parlamentin müxalifətdən olan vitse-spiker namizədinə gəlincə, Karapetyan bildirib ki, namizəd irəli sürüb-sürməyəcəkləri ilə bağlı hələlik yekun qərarları yoxdur.

Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu bundan bir neçə gün öncə Narek Karapetyana qarşı cinayət işi qaldırdığını elan etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar