Ru
16:09 / 12 İyun 2026

Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!

Deputatdan blogerlərlə bağlı təklif: Diplomu olmalıdır!
Eye

Çin təcrübəsinə əsasən təklif edirəm ki, sosial şəbəkələrdə tibb, hüquq, maliyyə və ya təhsil sahəsində çıxış edənlərin rəsmi diplomu və ya lisenziyası olmalıdır.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bu təkliflə deputat Kamal Cəfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

"Çünki bəzi hallarda heç bir təhsili və ya lisenziyası olmayan blogerlər sosial şəbəkələrdə cəmiyyəti çaşdıran kütləvi hüquqi və ya psixoloji məsləhətlər verirlər, gənc ailələri manipulasiya edərək onları boşanmağa inandırırlar, onlar üçün əlçatması mümkün olmayan saxta xoşbəxt həyat modeli yaradırlar, hər kəsə eyni pəhriz proqramları təklif edirlər, maliyyə savadlılığı olmayan "ekspertlər" məsuliyyətsiz tövsiyələr verirlər. Bu cür əsası olmayan çıxışlar isə fiziki və psixoloji sağlamlığa ciddi zərər vuran, geri dönüşü olmayan hüquqi nəticələrə gətirib çıxarır. Ən təəssüf edici hissə isə ondan ibarətdir ki, bu cür tövsiyələrə qulaq asıb əməl edən şəxslər bəzən heç manipulasiya edildiyini anlamırlar", - deyə deputat vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar