Ru
11:24 / 19 İyun 2026

Deputatlar Malayziyaya səfər edəcəklər

Deputatlar Malayziyaya səfər edəcəklər
Eye

Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov və üzvü Bəxtiyar Əliyev iyunun 21-də Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcəklər.

Bu barədə Bakupost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Malayziya parlamentinin Azərbaycanla dostluq qrupunun dəvəti əsasında baş tutacaq səfər çərçivəsində parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər iyunun 26-da başa çatacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar