"Vladimir Putin oktyabrın 7-də Sankt-Peterburqda hərbi komandirləri ilə keçirdiyi görüşdə Ukraynaya qarşı müharibəyə başlamaq qərarının “düzgün və vaxtında” verilmiş qərar olduğunu bəyan edib. Putin 2025-ci ildə Rusiyanın Ukraynanın 4900 kvadrat kilometr ərazisini ələ keçirdiklərini, bunun da Ukrayna ərazisinin təxminən 0.8 faizi olduğunu bəyan edib. Putin “xüsusi hərbi əməliyyat”ın qarşısna qoyulan bütün məqsədlərə nail olmağın zərurəri olduğunu bir daha təsdiqləyib”.
Bakupost.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Xəqani Cəfərli bildirib.
Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat”ın qarşısına qoyulan əsas vəzifə dedikdə, Ukraynanın demilitarizasiyası və denazifikasiyası nəzərdə tutulur:
“Putin Ukraynanın demilitarizasiyası və denazifikasiyasının zəruriliyindən danışı-danışa Rusiyanın demilitarizasiyasını uğurla həyata keçirir. Putin rəqəmləri saxtalaşdıraraq 2025-ci ilin 8 ayı ərzində Ukraynanın 4900 kvadrat kilometr və ya 0.8 faizi ərazsini ələ keçirdiklərini uğur kimi təqim edir. Ancaq bu “uğurlar”ın Rusiyaya nəyə başa gəldiyindən bir kəlmə də olsa bəhs etmir.
“Yaşamaq istəyirəm” layihəsinin hesablamalarına görə, 2025-ci ilin 8 ayı ərzində Rusiya ordusunun 86 744 hərbçisi, o cümlədən 1 583 zabiti öldürülüb. Təxminən 34 min nəfər itgin düşüb, 158 500 nəfər isə yaralanıb. Bu müddətdə Rusiya ordusunun 2 mindən artıq hərbçisi əsir düşüb. Ümumilikdə, Rusiya ordusu 2025-ci ildə 281 mindən çox itgi verib. Məlumata görə, 2025-ci ildə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 13 145 hərbi texnikasını məhv edib, 48 mindən çoxunu isə zədələyib.
Orta hesabla Rusiya ordusunun aylıq itkiləri 35 min, texnika itgisi 7 700 ədədə çatır. Hər gün Rusiya ordusu 1000-dən çox əsgərini itirir.
Rusiya ordusunun 2025-ci ilin 8 ayı ərzindəki itgiləri Sovet Ordusunun 1945-ci ildə Şərqi Prussiya hücumu zamanı itirdiyi əsgər sayından 2.5 dəfə çoxdur. O zaman 126 min əsgər və zabitini itirən Sovet Ordusu Prussiya və Köniqsberqi işğal edərək müharibədə strateji qələbə qazanmışdı. İndi isə Putin Ukraynanın 4900 kvadrat kilometr və ya 0.8 faizi ərazsini ələ keçirmələrindən uğur olaraq bəhs edir.
İstibidada öyrəşmiş müti rus xalqı itgilərin fəlakətli miqyas almasına baxmayaraq susur. Çinin Rusiya üzrə qubernatoruna çevrilmiş Putin isə Rusiyanın demilitarizasiyasını uğurla həyata keçirməkdədir.
Dərbənd başda olmaqla Şimal torpaqlarımızın azadlığı Rusiyanın demilitarizasiyasının sürətindən birbaşa asılıdır. Rusiyanın demilitarizasiyası nə qədər sürətlə həyata keçirilərsə, Dərbənd başda olmaqla Şimal torpaqlarımızın azadlığı bir o qədər tez gerçəkləşər.
Dərbənd Azərbaycandır!”
Lalə, Bakupost