Ru
12:52 / 20 Yanvar 2026

"Dərnəgül" depo ərazisində işlər nə vaxt yekunlaşacaq?

"Dərnəgül" depo ərazisində işlər nə vaxt yekunlaşacaq?
Eye

Bakı metrosunun "Dərnəgül" elektrik deposu ərazisində tunellərdə yol infrastrukturu üzrə əsas işlər artıq tamamlanıb, hazırda isə yol infrastrukturuna daxil olan digər texniki elementlər üzərində işlər davam etdirilir.

Bakupost.az xəbər verir ki, bunu Report-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, paralel olaraq qatarların təmiri, dayanması və baxışı üçün nəzərdə tutulan sahənin inşası üzrə işlər aparılır.

"Depo ərazisində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət proqramına uyğun olaraq avtomobil və piyada ötürücü tunelin inşası açıq üsulla həyata keçirilir", - B.Məmmədov əlavə edib.

Mətbuat katibi qeyd edib ki, bu layihə şəhərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir:

"Bu səbəbdən və işlərin prioritet ardıcıl təşkilinə müvafiq olaraq, hazırda piyada və avtomobil tunellərinin açıq üsulla inşası üçün şərait yaradılıb. Aprel ayına qədər depo ərazisinə aid işlər yekunlaşdırılacaq. Həmin vaxt qısa müddət ərzində deponun iki hissəsinin dəmir yolu ilə əlaqələndirilməsi tamamlanaraq, birinci mərhələ üzrə işlər yekunlaşdırılacaq".

Şərhlər
  • Bəhi Təklif?

    Ölkəmiz 1987ci ilinin Fevralından müşkül-mürəkkəb iş və problemlərini mümkün qədər lokal-operativ və məsləhətlə səmərəlidən, adətən daha *Üst-uzaqdan qayda-göstərişlərə müti-mütləq uyğun icraatlara çalışıb? Metronun ilk xətt sxemi 8 (səkkiz) şəkilli yollar üzrə qatarlar iki dairə üzrə (sürətli) dövrə vurmalı idilər? Neçə əlavə stansiya qurulub!? Əfsuslar ki. ilkin sxem üzrə qatarların qapalı iki dairə üzrə səərnişinlərin daha operativ-sürətli ötürülməsini təmin edəcək layihəsi illərdir tamamlanmır? Təqribən *Ulduz* ya *Nərimanov* stansiyaları *Bakmil*lə ayrıca 1ci Dairə, *İçərişəhər* *Sahil* boyu *Xətai*dən keçməklə *Əhmədli*, ya hazırki *H.Aslanov*la 2ci Dairə üzrə maneəsiz İKİ-ƏKS istiqamətdə dövrə vurmalıdırlar. Problem zamanı yaxın Depo imkanları vardı və genişləndirilə bilər? Sürətli-çevik daşınmanı təmin edəcək oxşar qapalı dövrə layihəsini təklif edirəm.

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar