İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan "Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib.
Bu barədə
"Bakupost"a "Bakı Metropoliteni" QSC-də məlumat verilib.
Bildirilib ki, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün lazımi texniki parametrlər üzrə yoxlanılıb.
Yeni depoda Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu, gecələməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.
"Dərnəgül" deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.