Ru
11:10 / 08 Sentyabr 2026

"Deyirlər, "TikTok"da oturub pul yığır"

"Deyirlər, "TikTok"da oturub pul yığır"
Eye

Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə canlı yayım açmasını tənqid edənlərə cavab verib.

"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, aktrisa "TikTok"da açdığı canlı yayım zamanı izləyiciləri ilə söhbət etdiyini bildirib.

O, canlı yayımlara pul qazanmaq məqsədilə girdiyi ilə bağlı fikirlərin doğru olmadığını vurğulayıb:

“Elə düşünürlər ki, "TikTok"da canlıya pul yığmaq üçün girirəm. Yox, mən izləyicilərimlə söhbət etmək üçün bura girirəm. Hədiyyə atanlara da təşəkkür edirəm”.

M.Xanlarova hazırda işsiz olduğunu, heç bir yerdə çalışmadığını deyib:

"Pensiya yaşım da deyil, 59 yaşım var. Mən heç vaxt nəyisə gizlətməmişəm. Deyirlər, oturub dilənir. Niyə? Gözləyirəm, işləməyə. Mağazada belə işləməyə eyib kimi baxmıram. Ya iş tapmalıyam, ya da... Nə vaxta kimi dost-tanış mənə yardım edəcək?".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar