Ru
17:38 / 22 Aprel 2026

Diabet dərmanı içən şəxslərə həkimdən vacib tövsiyə

Diabet dərmanı içən şəxslərə həkimdən vacib tövsiyə
Eye

Son illərdə aparılan araşdırmalar göstərir ki, bəzi diabet dərmanları yalnız qanda şəkəri tənzimləməklə kifayətlənmir, eyni zamanda digər xəstəliklərin riskinə də təsir göstərə bilər.

Bakupost.az xəbər verir ki, bu sözləri Oxu24.com-a açıqlamasında Endokrinoloq Dr. Fərhad Burzu bildirib.

"SGLT2 inhibitorları üzrə Koreyada aparılan yeni bir tədqiqat bu mövzuda diqqətçəkən nəticələr ortaya qoyub.

Araşdırmaya görə, 2-ci tip diabeti olan şəxslərdə SGLT2 inhibitorları ilə müalicəyə başlayanlarda autoimmun revmatik xəstəliklərin yaranma riski digər dərmanlarla müqayisədə bir qədər daha aşağı olub. Bu azalma əsasən iltihabi artrit hallarının daha az müşahidə olunması ilə əlaqələndirilib. Lakin nəzərə almaq lazımdır ki, bu dərmanlar əsasən şəkərli diabeti olan xəstələrin müalicəsində istifadə olunur. Yəni revmatik xəstəliklərin proflaktik olaraq qarşını almaq üçün nəzərdə tutulmayıb.Bununla belə, aparılan bu tədqiqat SGLT2 inhibitorlarının orqanizmdə iltihabi proseslərə və immun sistemə müəyyən təsir göstərə biləcəyini düşündürür.Nəticə olaraq, diabet müalicəsində istifadə olunan bəzi dərmanlar əlavə faydalar göstərə bilər. Lakin hər bir halda müalicə seçimi fərdi olmalı və həkim nəzarəti altında aparılmalıdır",-deyə həkim qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar