Türkiyəli məşhur sosial media fenomeni Dilan Polat saxlanılıb.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, fenomen “Prezidenti təhqir etmə” maddəsi ilə ittiham olunur. O, ifadə vermək üçün ədliyyə binasına gətirilib.
Qeyd edək ki, Dilan Polat və həyat yoldaşı Engin Polat daha əvvəl cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması, təşkilat yaratmaq və qanunsuz mərc oyunları ilə bağlı ittihamlarla həbs edilmişdi. Cütlük 9 aydan çox həbsdə qaldıqdan sonra məhkəmə nəzarəti şərtilə azadlığa buraxılıb.