Ru
15:16 / 25 İyun 2026

Dini komitə Seyid Talehə qadağa qoydu: “Öz ölkəmdə yazıq kimi qalmışam” - VİDEO

Dini komitə Seyid Talehə qadağa qoydu:  “Öz ölkəmdə yazıq kimi qalmışam” - VİDEO
Eye

Mərsiyəxan Seyid Taleh Boradigahiyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məscidlərdə mərsiyə oxumaq qadağan edilib.

Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Seyid Taleh Boradigahinin sözlərinə görə, qadağanın səbəbi ona açıqlanmayıb:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənə qadağa qoyub. Səbəbi nədir? Hansı qanunu pozmuşam? Nə edim, dərdimi kimə deyim? Hörmətli sədr Ramin müəllimə müraciət edirəm.

Öz ölkəmdə yazıq kimi qalmışam. Ümid edirəm ki, burada hansısa yanlışlıq var. Əgər bunu kimsə şəxsi ədavət zəminində edibsə, onu Allaha tapşırıram”.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən açıqlama almaq cəhdlərimiz nəticəsiz qaldı.

Lalə Novruz,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar