Ru
19:55 / 26 Avqust 2026

Diqqət! Bu marşrutun istiqaməti dəyişdi

Diqqət! Bu marşrutun istiqaməti dəyişdi
Eye

Bakının Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən 53 nömrəli müntəzəm marşrutun nizamlı fəaliyyəti təmin olunmadığından hərəkət sxemi müvəqqəti dəyişdirilib.

"Bakupost" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, hazırda 53 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi "20-ci Sahə" yaşayış massivi, son dayanacaq məntəqəsi isə Abbas Mirzə Şərifzadə küçəsi (Respublika Klinik Xəstəxanası) olmaqla fəaliyyət göstərir.

Eyni zamanda, vətəndaşların ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün 3 nömrəli müntəzəm marşrutun Badamdar qəsəbəsində hərəkəti Cavidan İbrahimli küçəsinə ("Atilla" İdman Mərkəzi) kimi təşkil olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar