Ru
15:27 / 10 İyun 2026

DİQQƏT: Hərbçilərlə bağlı vacib açıqlama - Kommunal güzəştlər ediləcək?

DİQQƏT: Hərbçilərlə bağlı vacib açıqlama  - Kommunal güzəştlər ediləcək?
Eye

Azərbaycanda şəhid ailələri və qazilər üçün müxtəlif sosial dəstək mexanizmləri tətbiq olunur. Bununla yanaşı, ölkənin müdafiəsində xidmət edən hərbi qulluqçuların sosial təminatının daha da gücləndirilməsi məsələsi zaman-zaman gündəmə gəlir.

Bəs hərbçilər üçün kommunal xərclərdə güzəştlər və ya ictimai nəqliyyatdan istifadə ilə bağlı əlavə imtiyazlar tətbiq oluna bilərmi?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində hərbçilərlə bağlı yeni addımların atılacağına ümid etdiyini bildirib.

“Ümid edirəm ki, 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində hansısa addımların atılacağının şahidi olacağıq. Hər il olduğu kimi hərbçilərə mənzillərin verilməsi və ya mükafatlandırılması həyata keçirilə bilər. Amma yaxşı olar ki, onların sosial təminatı ilə bağlı digər məsələlər də gündəmə gətirilsin”.

Hərbçilər dövlətin müdafiəsində çalışan insanlardır. Ona görə də onların kommunal xərclərinin ən azından müəyyən hissəsinin güzəştli olması, xüsusilə də müharibə iştirakçılarına bu imkanın yaradılması məqsədəuyğun hesab edilərdi. Bu, çox vacib məsələdir”.

Ü. Cəfərov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinə, eləcə də aidiyyəti dövlət qurumlarına müraciət edərək bu istiqamətdə təşəbbüslərin artırılmasının vacibliyini vurğulayıb.

“Bir sıra ölkələrdə belə güzəştlər tətbiq olunur. Hərbçilər də Silahlı Qüvvələrin nümayəndələri kimi bu imkanlardan faydalanmalıdırlar. Polis əməkdaşları ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Hərbçilər üçün də ən azından güzəştli nəqliyyat kartlarının tətbiq edilməsi yaxşı olardı. Hamının şəxsi avtomobili yoxdur. Bəzi hərbçilər xidmət yerinə çatmaq üçün avtobus və metrodan istifadə edir, hətta bir neçə nəqliyyat vasitəsini dəyişməli olurlar. Buna görə də həm nəqliyyat, həm də kommunal xidmətlərlə bağlı güzəştlərin tətbiqi zəruridir”.

Ekspertin fikrincə, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi onların xidmət motivasiyasına da müsbət təsir göstərə bilər və bu məsələ uzun müddət təxirə salınmamalıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar