Ru
13:03 / 03 İyun 2026

Diqqət! Komendant pulunu ödəməyə bilərsiniz

Diqqət! Komendant pulunu ödəməyə bilərsiniz
Eye

Son vaxtlar sakinlərin ən çox şikayət etdiyi məsələlərdən biri də bina rəhbərliyi tərəfindən hər ay mənzilin kvadratmetrinə görə komendant pulunun yığılmasıdır. Bir çox vətəndaş hesab edir ki, yüksək məbləğ ödəyib ev aldıqları halda sonradan davamlı olaraq əlavə ödəniş etmək məcburiyyətində qalırlar.

Bəs qanunvericiliyə əsasən, mənzil sahiblərindən hər ay kvadratmetrə görə komendant pulu və ya kommunal haqqı tələb oluna bilərmi?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov kommunal xidmətlərlə bağlı MTK və ya MMC-lərlə sakinlər arasında bağlanan müqavilə əsas sənəddir deyib:

“Xidməti göstərən tərəf xidmət haqqını müəyyən və təqdim edir, sakinlər isə müqaviləni imzalamaqla həmin şərtlərlə, o cümlədən qiymətlə razılaşmış olurlar”.

Vəkil bildirib ki, əgər sakinlərin təqdim olunan qiymətlərlə bağlı etirazları varsa, onlar ya müqaviləni imzalamaqdan imtina etməli, ya da öz təklif və qeydlərini bildirərək müqaviləni imzalaya bilərlər:

“Bununla yanaşı, sakinlər bina rəhbərliyinin müəyyən etdiyi xidmət haqları ilə razılaşmırlarsa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq hüquqi şəxs yarada və binanın idarə olunmasını, o cümlədən kommunal xidmətlərin təşkilini özləri həyata keçirə bilərlər”.

R.Süleymanovun sözlərinə görə, tərəflər arasında bağlanmış müqavilə əsasında xidmət haqqının hər kvadratmetrə görə müəyyən edilməsi mümkündür:

“Qeyd edim ki, qüvvədə olan qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar