Ru
14:38 / 14 Oktyabr 2021

Direktor müavini olmaq istəyənlərin nəzərinə!

Direktor müavini olmaq istəyənlərin nəzərinə!
Eye

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə nəticəsində tutulmayan və sonradan yaranan vakant yerlər üzrə əlavə müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.

BŞTİ-dən Bakupost.az -a verilən məlumata görə, mövcud vakant yerlər əsasən Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu və Suraxanı rayonlarında yerləşən ümumi təhsil müəssisələrini əhatə edir.

Müsabiqənin test mərhələsində 25 baldan yuxarı nəticə göstərən və birinci müsahibə mərhələsində iştirak etməyən namizədlərlə əlaqə saxlanaraq müsahibə mərhələsinə dəvət olunacaqlar.

Müvafiq kriteriyalara cavab verən namizədlərlə hər hansı səbəbdən əlaqə saxlanılması mümkün olmasa, həmin namizədlər [email protected] email ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqənin ilkin nəticələrinə əsasən, 77 nəfər müvafiq vəzifələrə təyin olunub.

Sevinc
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar