Ru
17:57 / 21 Sentyabr 2026

Dizel bahalaşacaq, qiymətlər artacaq

Dizel bahalaşacaq,  qiymətlər artacaq
Eye

Qlobal dizel yanacağı qıtlığının 2027-ci ilə qədər davam edəcəyi ehtimal olunur. Buna səbəb yanacaq ehtiyatlarının tükənməsidir.

"Bakupost" Modern.az-a istinadən xəbər verir ki, bu vəziyyət yanacaq qiymətlərinin daha da artmasına səbəb olacaq və dünya iqtisadiyyatına təzyiqi gücləndirəcək.

Agentliyin məlumatına görə, İran və Ukraynadakı müharibələr dizel yanacağının tədarükünü ciddi şəkildə pozub. Yaxın Şərqdə və Rusiyada milyonlarla barel yanacağın dövriyyədən kənarda qalması ehtiyatların tarixi minimuma enməsinə, qiymətlərin isə rekord həddə yüksəlməsinə səbəb olub.

Hazırda Rusiya, Monqolustan, Qırğızıstan, Moldova, Fransa və daha onlarla ölkədə dizelin bahalaşması müşahidə olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar