Ru
10:58 / 17 Sentyabr 2026

Doğum azaldı, ölüm artdı

Doğum azaldı, ölüm artdı
Eye

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 48 954 körpə doğulub.

"Bakupost" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust aylarının sosial-iqtisadi göstəricilərinə dair hesabatında məlumat verilib.

Bildirilib ki, doğulan körpələrdən 1 696-sı əkiz, 60-ı isə üçəm olub. Doğulan körpələrin 53,4 faizini oğlanlar, 46,6 faizini isə qızlar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,2-dən 8,2-yə enib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 35 829 ölüm halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi 5,9-dan 6-ya yüksəlib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar