Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanıb.
Bu barədə
Bakupost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mayın 19-u saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə start verilir.
Qeyd olunub ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, sənəd qəbulu iyunun 9-u saat 18:00-da yekunlaşacaq.