Rusiya Maliyyə Nazirliyinin xarici valyuta alışlarını bərpa etməsi rublun mülayim zəifləməsinə səbəb olacaq.
Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, bunu “Garda Capital”ın investisiya strateqi Aleksandr Baxtin Qazeta.Ru üçün verdiyi proqnozda bildirib.
O deyib ki, baza ssenarisinə əsasən, may ayında dollar 76,5 rubla, avro 89,5 rubla, yuan isə 11,2 rubla qədər bahalaşacaq.
Baxtin qeyd edib ki, Mərkəzi Bankın bu yaxınlarda uçot dərəcəsini aşağı salmasına baxmayaraq, ayın əvvəlində Maliyyə Nazirliyinin valyuta alışlarını bərpa etməsi və inflyasiya riskləri fonunda dollar, avro və yuanın rubla nisbətən mülayim güclənməsi gözlənilir. Rubl neftin yüksək qiyməti və idxala olan aşağı tələbat sayəsində son üç ilin minimumları yaxınlığında sabitliyini qoruyur. Hazırda geriyə dönüş üçün ilkin şərtlər yoxdur, lakin belə məzənnə qeyri-sabitdir və rublun düşmə ehtimalı artımın davam etməsi ehtimalından daha yüksəkdir.
Investing.com məlumatlarına görə, mayın 7-də birjadankənar bazarda dolların məzənnəsi 74,6 rublu, avro isə 87,8 rublu ötüb. Moskva birjasında yuanın qiyməti 10,9 rubldan baha olub. 2026-cı ilin əvvəlindən bəri Amerika valyutası təxminən 5 rubl, Avropa valyutası təxminən 6,5 rubl, Çin valyutası isə təxminən 60 qəpik ucuzlaşıb.
Rusiya Maliyyə Nazirliyi 2026-cı ilin may ayından iyunun əvvəlinə qədər büdcə qaydası çərçivəsində xarici valyuta və qızıl alışına hər gün 5,8 milyard rubl yönəldəcək. Bu barədə nazirlik mayın 6-da məlumat verib.
Risqləri, dəqiq strateji ön hesablarla yan keçən səmərəli iqtisadi məhsuldar dövlətlərin əyar və valyutaları öz dəyərini saxlaya bilər!? Bizim Döövlətin azn dünyəvi məhsullu-keçərli ABŞ dolları ilə rəqabətdə belə stabil-dəyişməzdir! Xarici ölkələrdən müxtəlif çeşidli mallar-xlam gətirənlər müştərilərinin hesabına dövlətin bazara buraxdığı azad dövüyyəli valyutaları alaraq nisbi dəyət sabitliyi yaradırlar?