ABŞ Mərkəzi Bankının faiz dərəcələrini artıracağına dair gözləntilərin güclənməsi və dolların son 13 ayın ən yüksək səviyyəsinə yüksəlməsi qızılın ucuzlaşmasına səbəb olub.
Bakupost.az xəbər verir ki, spot qızılın qiyməti 11 iyundan bəri ən aşağı səviyyəyə enərək 4.050,54 dollara çatıb. Qiymət sonradan qismən bərpa olunsa da, əvvəlki günlə müqayisədə 1,13 faiz azalaraq 4.064,77 dollar səviyyəsində ticarət edilib. Azərbaycanda da qızıl bazarında ucuzlaşma müşahidə olunur. Qlobal bazarlardakı eniş fonunda qram qızılın qiyməti təxminən 104,7 manat səviyyəsinə qədər geriləyib. Bazar iştirakçıları dolların güclənməsi və faiz gözləntilərinin yaxın dövrdə qızıl qiymətlərinə təsir göstərməyə davam edə biləcəyini bildirirlər.
Röya Rizvanzadə, BakuPost