Xəbər verdiyimiz kimi, dünən Gəncədə 8 məktəbli dönərdən zəhərlənib.
Bakıpost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən xəstələrə mədə-bağırsaq sisteminin iltihabı diaqnozu təyin edilib.
Valideynlərin əksəriyyəti azyaşlıları bu cür qidalardan qorumağa çalışdıqlarını bildirirlər. Onlar iddia edirlər ki, uşaqlar valideynlərdən xəbərsiz bu qidanı alıblar.
Məktəblilərin dönər aldığı kafenin sahibi isə iddia edir ki, zəhərlənmənin baş verməsinə səbəb məhsulun düzgün istehlak edilməməsidir.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır. Agentliyin müfəttişləri hadisənin baş verdiyi "Nur" dönərxanasına baxış keçirib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti dayandırılıb.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.