Ru
18:18 / 18 May 2026

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi WUF13-ün “Urban Expo” sərgisində pavilyonla təmsil olunur

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi WUF13-ün “Urban Expo” sərgisində pavilyonla təmsil olunur
Eye

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində açılışı olan “Urban Expo” sərgi məkanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi xüsusi pavilyonla təmsil olunur.

Bakupost.az xəbər verir ki, “İnklüzivliyin və yaradıcılığın qovuşduğu məkan” mövzusunda təşkil edilmiş pavilyonda Mərkəzin təlimçi və benefisiarlarının müxtəlif istiqamətlər, o cümlədən dulusçuluq, bədii oyma, vitraj, təsviri incəsənət və digər yaradıcılıq sahələri üzrə hazırladıqları əl işləri nümayiş etdirilir.

Ziyarətçilərə Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri barədə məlumat verilir. Ekspozisiyada yer alan və Azərbaycanın tarixi memarlıq abidələrinin təsvir olunduğu müxtəlif əl işlərinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ərsəyə gətirildiyi diqqətə çatdırılır.

Pavilyonda quraşdırılmış monitorda həssas əhali qruplarına aid istedadlı şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən layihələrə dair videoçarx təqdim olunur. Sərgi iştirakçılarına DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin xidmətləri, “Könüllü DOST” proqramı barədə Azərbaycan və ingilis dillərində maarifləndirici bukletlər paylanılır.

Mərkəzin pavilyonunda vitraj istiqaməti üzrə təşkil olunmuş master-klass tədbir iştirakçılarının marağına səbəb olub, qonaqlar yaradıcılıq prosesinə qoşularaq bu sahədə öz bacarıqlarını sınayıblar.

Sərgi müddətində Mərkəz üzvləri tərəfindən müxtəlif proqramların, o cümlədən digər təlim istiqamətləri üzrə master-klassların həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma funksiyasını yerinə yetirir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar