Ru
20:01 / 22 İyun 2026

Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət əmlakını icarəyə götürmək istəyənlərin NƏZƏRİNƏ
Eye

Nazirlər Kabineti turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydaları təsdiqləyib.


Bakupost.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları" qüvvəyə minib.

Sənəd Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2024-cü il tarixli 171 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib. Yeni qaydalar turizm və rekreasiya zonalarındakı dövlət əmlakının icarə və istifadə prosesini, eləcə də bu ərazilərdə həyata keçirilən investisiya layihələrinin hüquqi tənzimlənməsini müəyyən edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar