Ru
18:52 / 31 İyul 2025

Dövlət Komitəsi sədrinin qaynanası ilə bağlı araşdırma aparılacaq - RƏSMİ

Dövlət Komitəsi sədrinin qaynanası ilə bağlı araşdırma aparılacaq - RƏSMİ
Eye

Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılacaq.


Bakupost.az xəbər verir ki, bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Xəbər verdiyimiz kimi, sözügedən məktəbin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və "bura donuzxanadır" kimi ifadələr işlədib.

Bu arada, Zemfira Məsiyevanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qaynanası olmasıyla bağlı xəbər yayılıb. Bu iddia ilə Ajans.az saytı çıxış edib.


Şərhlər
  • Rəhim

    Saytın rəhbərliyinə: "Zemfira Məsiyevanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qaynanası"...qorxmayın Fuad Muradovdan, yazımı verin...

  • Rəhim

    Görün bu qadın özünü nə qədər kobud aparır, "burda mənəm, Bağdadda kor xəlifə" iddiası ilə. Öz müəllim həmkarlarına qarşı bu qədər təhqiredici münasibət, onları təhqir etmək ancaq harınlıq əlamətidir, təcili kollektivdən uzağlaşdırılmalıdı və hətda təhqirlərə görə Qanunla cəzalandırılmalıdı...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar