Divarları çatlayıb, döşəmələri çürüyüb... Sakinləri isə kirayədə yaşayır..
Bakupost.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət Nizami rayonu, Keşlə qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində kollektorun partlaması nəticəsində subasmaya məruz qalan evlərdən gedir.
Sakinlərə kompensasiya ödənilməsi barədə dövlət sərəncamı var. Lakin onlar deyir ki, bizə üç aylıq kirayə pulu ödənib, evlərimizin təmiri, bərpası ya da sökülməsi barədə isə heç bir məlumat verən yoxdur.
Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətindən bildirildi ki, məsələ dövlət qurumlarının birbaşa nəzarətindədir. Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə vətəndaşlara müvəqqəti yaşayış üçün kirayə haqlarının ödənilməsi tam təmin edilib. Hazırda aidiyyəti qurumlarla su basma halının yenidən baş verməməsi üçün tədbirlər görülür.