Ru
19:21 / 11 İyun 2026

Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir

Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
Eye

Bakıda eyni iş adamına məxsus üç iri şirkət ləğv edilir.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət "Bakı Məişət Maşınları", "Yeni Bemz" və "Bakı Elektriktökmə" ASC-lərindən gedir.

Hər üç şirkət 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətlərin qanuni təmsilçisi Tapdıq Nuriyevdir.

"Bakı Məişət Maşınları" ASC-nin nizamnamə kapitalı 4 milyon 527 min 748 manat, "Yeni Bemz" ASC-nin nizamnamə kapitalı 3 milyon 196 min 240 manat, "Bakı Elektriktökmə" ASC-nin isə nizamnamə kapitalı 2 milyon 124 min 780 manatdır.

"Bakı Elektriktökmə" ASC-nin dövlət büdcəsinə 503 min 477,52 manat, "Yeni Bemz" ASC-nin isə 453 min 126,84 manat vergi borcu var.

Qeyd edək ki, "Yeni Bemz" ASC-nin vergi borcu bu ilin mart ayında 456 min 375 manat təşkil edib. Beləliklə, şirkət həmin dövrdən indiyədək borcunun cəmi 3 min 248,16 manatını ödəyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar