Son günlər sosial şəbəkələrdə qaranlıq güruh Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar cəmiyyətinin sədri Rövşən Raqifoğlunun linçlənməsinə start verib. Bəli, burası doğrudur ki, Hesablama Palatası AzTv-də işləyib, müəyyən məsələlərlə bağlı məlumat yayıb. AzTv də həmin faktlarla bağlı mövqeyini açıqlayıb.
Əminəm ki, bütün problemlər, suallar ədalətli şəkildə öz həllini tapacaq. Dövlət Əsasdır! Bu baxımdan qətiyyən narahat deyiləm! Məqsədim başqadır. Mən Rövşənin - çox istedadlı həmkarımın, Azərbaycançılığı, Prezident İlham Əliyevin kursuna, dövlətə sədaqəti zərrə qədər də şübhə doğurmayan Əsl Vətəndaşın məruz qoyulduğu təhdid və çirkin linçləməyə toxunmaq istərdim. Bu nə fürsətçilikdir belə? AzTv-nin sədrini qaralamağa çalışanlar: son vaxtlar xüsusi fəallaşmış qüvvələrin xoruna, o cümlədən vətəndənkənarların xaric xoruna qoşulanlar, sosial şəbəkələrdəki bəzi telebudka baqqalları, bu platformanın dırnaqiçi “ziyalıları (Oxu: Züyalıları!), “Məqamdır!” deyə Rövşən Məmmədovun yoluna cumanlar Dövlətin Əsas Rəsmi Kanalının uğurlarını sadəcə görməzliyə vururlar! Bu, təkcə ədalətsizlik deyil, həm də riyakarlıqdır! Onların riyakarlığını sübut etmək üçün indikator göz qabağındadır! “Tural Sadıqlı-Azad Söz”, “Sevinc Mirzəyeva- “Osmanqızı”, Qurban Məmmədov-“AzerFreedom” və s. belə özünü "tele" adlandıran Qabil Məmmədovlara, yan düdüklərinə bircə dəfə də cavab verməyən qorxaqlar, mövqesizlər Rövşənə ağız atmağa cürətlənirlər.
Dövləti quduz köpəklərdən qorumağa cəsarəti çatmayanlar AzTv-nin öz mövqeyini bildirməkdən heç vaxt çəkinməyən sədrini - Rövşən Məmmədovu hədəf seçiblər! Rövşən Məmmədovun səhvi sizin düzünüzdən düzdür!
Mir Şahin Ağayev,
Real TV-nin baş direktoru