Ru
20:25 / 12 Oktyabr 2026

DTX-dən ƏMƏLİYYAT - Onlar HƏBS EDİLDİ

DTX-dən ƏMƏLİYYAT -  Onlar HƏBS EDİLDİ
Eye

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb.


“Bakupost” “Qafqazinfo”ya istinadən xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutlar toplanır.

Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, həmçinin “Renault” markalı minik avtomobili qismən yanıb.

Yüksək temperaturun təsirindən “Baic” markalı minik avtomobilinin arxa işığı qismən əriyib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar