Dünyaca məşhur müğənni Dua Lipa və aktyor Kallum Terner rəsmən nikah masasına əyləşiblər.
Bakupost.az xəbər verir ki, 2024-cü ildə yayımlanan "Masters of the Air" serialının təqdimatından sonrakı ziyafətdə tanış olan cütlük, Londonda ailə həyatı qurub.
Toyun hər bir detalı o qədər sadə olub ki, Hollivudun dəbdəbəli və genişmiqyaslı şənliklərindən tamamilə fərqlənib. Cütlük bu seçimi ilə bir növ "sadəlik gözəllikdir" prinsipini nümayiş etdirib.
Mərasimdə Dua Lipa "Schiaparelli" moda evinə məxsus, 1950-ci illərin əsilzadə gəlinlik dəbini xatırladan xüsusi geyimdə olub. Kallum Terner isə tünd göy rəngli kostyumu ilə diqqət çəkib.
Xatırladaq ki, Kallum Terner müsahibələrinin birində ilk tanışlıqları barədə danışarkən bu sözləri qeyd etmişdi: “Onu ziyafətdə gördüyüm an ətrafımdakı heç kimi fərq etmədim. Qaranlığın içində parlayan bir işıq kimi idi. Həyatımdakı ən böyük şansım Duanın varlığıdır”.