Ru
14:02 / 05 Fevral 2026

Dubayda marafon keçirildi - Azərbaycanlı idmançı yüksək nəticə göstərdi - FOTOLAR

Dubayda marafon keçirildi -  Azərbaycanlı idmançı yüksək nəticə göstərdi - FOTOLAR
Eye

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində sayca 25-ci “Dubay Marafonu” keçirilib.


Bakupost.az xəbər verir ki, Ölkəmizi bu yarışda Elçin Bəkirov təmsil edib.


İdmançımız marafon məsafəsini 2:46:38 nəticə ilə başa vurub. Bəkirov mükafatçılar sırasına düşə bilməsə də, kişilər arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekordunu müəyyənləşdirib. Ümumilikdə 28 min iştirakçının qatıldığı yarışda təmsilçimiz 56-cı yerin sahibi olub. O, öz yaş kateqoriyasında isə 9-cu pillədə qərarlaşıb.


Qeyd edək ki, “Dubay Marafonu” ilk dəfə 1998-ci ildə keçirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar