Ru
19:03 / 26 Sentyabr 2026

Dünənki məğlubiyyətdən sonra istefa verdi

Dünənki məğlubiyyətdən sonra istefa verdi
Eye

Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi Villi Sanyol (Willy Sagnol) vəzifəsini tərk edib.


"Bakupost" APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasından bildirilib.

Məlumata əsasən, yığmanın yeni baş məşqçisi vəzifəsinə Ramaz Svanadze təyin edilib. 45 yaşlı mütəxəssislə imzalanan müqavilə 2028-ci ilin sonunadək qüvvədə olacaq. O, bu vaxta qədər Gürcüstanın gənclərdən ibarət yığmasına (U21) başçılıq edib.

Qeyd edək ki, Villi Sanyolun istefası ötən gün Gürcüstan yığmasının Millətlər Liqasında ilk matçda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzması ilə əlaqələndirilir. Fransalı mütəxəssis 2021-ci ilin fevralından Gürcüstan yığmasının baş məşqçisi idi. Onun rəhbərliyi altında komanda 57 oyun keçirib və 2024-cü ildə tarixdə ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar