Ru
23:05 / 28 İyul 2026

Dünya 29 gün sonra dağıntılar altından sağ çıxan Beylidən danışır - FOTO

Dünya 29 gün sonra dağıntılar altından sağ çıxan Beylidən danışır - FOTO
Eye

Venesuelada 29 gün sonra xilasedicilər binanın dağıntıları altında basdırılmış Beyli adlı bir pudel tapıblar.


"Bakupost" xəbər verir ki, bu barədə KİV məlumat yayıb.


Məlumata görə, heyvan 5400-dən çox insanın ölümünə səbəb olan ikiqat zəlzələdən sağ çıxa bilib.


Köpək beton döşəmələrin altında, mərhum sahibinin cəsədinin yanında tapılıb. Xilasedicilər ev heyvanını çətinliklə hərəkət edən, qıvrılmış vəziyyətdə aşkarlayıblar.

Heyvanın, təxminən, 1 ay sonra sağ vəziyyətdə tapılması dünya mediasında möcüzə kimi xarakterizə olunub.

Heyvan baytarlıq yardımı alıb və mərhum sahibinin qohumlarına təhvil verilib.

Bildirilir ki, ailədən 11 yaşlı Viktoriya və atası Jairo xilas olub. Onlar hazırda sığınacaqda yaşayırlar.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar