Rusiya Liberal Demokrat Partiyasının sabiq rəhbəri, qalmaqallı siyasətçi, 2022-ci ildə ölən Vladimir Jirinovskinin daha bir proqnozu doğrulub.
Bakupost.az xəbər verir ki, bu barədə Jirinovski 2020-ci ildə, Tramp seçkilərdə məğlub olandan sonra jurnalist Vladimir Solovyovun verilişində danışıb.
“2024-cü ildə Tramp qalib gələcək və biz ona kömək edə bilərik. Bu payız da ona kömək edə bilərdik. 2016-cı ildə seçiləndə heç nə etmədik və 2020-ci ildə, əgər onun ağlı bir az işləsəydi, bizdən haradasa nəsə etməyimizi istəyərdi və sonra bizim köməyimizlə qalib gələ bilərdi”, - Jirinovski deyir.
Daha sonra siyasətçi bildirir ki, biz Trampa Venesuela ilə bağlı şans verə bilərik:
“Biz, məsələn, Ukrayna ilə bağlı düzgün mövqe tuta və ona Venesuela ilə bağlı şans verərdik. O, Venesuelanı götürür, biz də Ukraynanı götürürük".
Qeyd edək ki, ötən gün ABŞ ordusu Venesuelanın paytaxtı Karakasa zərbələr endirib və xüsusi təyinatlılar ölkə prezidenti Nikolas Maduronu həyat yodaşı ilə birgə əsir götürərək, ABŞ-a aparıb. Əməliyyat qısa müddətdə tamamanıb.
Asena,
BakuPost
Düşün-daşın, ya *daşın ki, düşməyəsən*? Liberaldakı agent hələ 2020də Kremlə *Ukraynanı istəyirsənə, Venesuelanı dəryasını razılaş!* siqnalını çatdırıbmış? Azı yarım əsrlik 3-5 qarşılıqlı sənaye potensialını xam hasilata tükədənlər nə edə bilərlər?