Ru
10:37 / 06 İyun 2026

"Dünya dollarla vidalaşmağa doğru gedir"

"Dünya dollarla vidalaşmağa doğru gedir"
Eye

Dünya artıq dollar mərkəzli sistemdən uzaqlaşma prosesinə qədəm qoyub.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu türkiyəli iqtisadçı ekspert Məhəmməd Bayram deyib.

"ABŞ dolları hazırda qlobal ticarət və maliyyə sistemindəki hegemonluğunu qoruyub saxlasa da, son illər dünya ölkələrin qızıl rezervlərini artırması, yerli valyutalara yönəlmə və alternativ maliyyə sistemləri axtarışları yeni bir dövrün yaxınlıqda olduğunu göstərir".

Ekspertin fikrincə, dolların qlobal hakimiyyəti sonsuza qədər davam etməyəcək:

"ABŞ-nin borcu hazırda illik ümumi daxili məhsulunu (ÜDM) aşıb. Bu səbəbdən ABŞ dollarının dövrü bir gün mütləq bitəcək. Ölkələr də bunu bildiyi və hiss etdiyi üçün dolların əvəzinə alternativ ola biləcək digər dövlətlərin valyutalarına və ya qiymətli metallara yönəlirlər. Bu transformasiya qısa müddətdə baş verməsə də, dollar hökmranlığı tədricən başqa bir valyuta və ya qızılla əvəzlənəcək".

Məhəmməd Bayram pandemiyadan sonrakı dövrdə ölkələrin iqtisadi siyasətində və ticarət üstünlüklərində ciddi dəyişikliklər aparıldığını və dünyanın böyük bir iqtisadi islahatlar prosesindən keçdiyini vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar