“2026 JH2” adlı asteroid sürətlə Yerə yaxınlaşır.
Bakupost.az “Daily Galaxy”yə istinadən xəbər verir ki, alimlər asteroidi bir neçə gün əvvəl kəşf edilər.
Məlumata görə, ABŞ-dəki Mount Lemmon və Farpoint rəsədxanaları başda olmaqla, bir çox mərkəz tərəfindən izlənilən asteroid kəşf edildiyi gündən bəri daim nəzarət altındadır.
Mütəxəssislər bildirirlər ki, “2026 JH2” mayın 18-i axşam saat 18:51-də Aya çox yaxından keçəcək.Bir neçə saat sonra o, Yerə doğru istiqamət götürəcək. Alimlərin hazırkı hesablamalarına görə, asteroid Yerdən təxminən 90 min kilometr uzaqlıqdan keçəcək.
Bu məsafə kosmik miqyasda kifayət qədər yaxın sayılsa da, Yer üçün heç bir risk yaratmır.
Məlumatlara görə, “2026 JH2” uyğun hava şəraitində həvəskar teleskoplarla görülə biləcək.
Bilal, BakuPost