Ru
21:16 / 06 Avqust 2026

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı
Eye

Qızılın bir unsiyasının qiyməti iyul ayını demək olar ki, başladığı səviyyədə – 4 027 ABŞ dollarında başa vurub.

"Bakupost" xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) aylıq hesabatında qeyd edilib.

Məqalədə qeyd edilib ki, ay ərzində qızılın qiyməti bir neçə dəfə 4 000 dollar həddini sınayıb. İlin əvvəlindən indiyədək isə qızıl 8% ucuzlaşıb.

İyulda qızıla bağlı qlobal birja investisiya fondlarına 3 milyard ABŞ dolları həcmində vəsait daxil olub.

Hesabat dövründə qızıl bazarında likvidlik də zəifləyib. Belə ki, orta gündəlik ticarət həcmi aylıq müqayisədə 3,5% azalaraq 356 milyard ABŞ dollarına enib.

Mütəxəssislərin fikrincə, növbəti dövrdə qızılın qiymət dinamikası əsasən real faiz dərəcələrinin, ABŞ dollarının məzənnəsinin və iqtisadi artım gözləntilərinin necə dəyişəcəyindən asılı olacaq. Bununla yanaşı, mərkəzi bankların və Asiya investorlarının qızıla tələbi də mühüm rol oynayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar