Dünyanın ən nüfuzlu memarlarından biri, dekonstruktivizm cərəyanının aparıcı siması Frank Qeri (Frank Gehry) dünyasını dəyişib.
Bakupost.az “The Washington Post”a istinadən xəbər verir ki, memar 96 yaşında, Kaliforniyanın Santa Monika şəhərində qısa müddətli tənəffüs xəstəliyi nəticəsində vəfat edib. Xəstəliyin dəqiq tibbi adı açıqlanmayıb.
Frank Qeri memarlıq tarixində xüsusi iz qoymuş sənətkarlardan biri idi. Onun inşa etdiyi “Guggenheim Museum Bilbao” (İspaniya), “Walt Disney Concert Hall” (Los-Anceles), “Louis Vuitton Foundation” (Paris) kimi layihələr çağdaş memarlığın simvollarına çevrilib. “Pritzker” mükafatı laureatı Qeri müasir memarlığı heykəltəraşlıqla birləşdirən yanaşması ilə tanınırdı.
Qerinin ölüm xəbəri dünya mediasında geniş rezonans doğurub. “The Guardian”, “The Washington Post”, “Associated Press”, “Al Jazeera” kimi beynəlxalq media qurumları memarın vəfatını böyük itki kimi dəyərləndiriblər.
Frank Qerinin həyat və yaradıcılığına dair mərasimlərin tarixi yaxın günlərdə açıqlanacaq.





Cavid, BakuPost