Dünyada boşanma statistikasının hesablanmasında iki metoddan istifadə olunur.
"Bakupost" xəbər verir ki, hər 1000 nəfərə düşən boşanma sayı (ümumi boşanma əmsalı) və bağlanmış nikahların boşanma ilə bitmə nisbəti.
Beynəlxalq hesabatlara və son illərin (2025–2026) qlobal demoqrafik məlumatlarına əsasən, dünyada boşananların sayına görə lider olan 10 ölkə aşağıdakı kimi düzülüb.
Hər 1000 nəfərə düşən illik boşanma sayına görə lider ölkə Maldiv adalarıdır - 11.0.
Sonrakı iki yeri 4,6 əmsalla Qazaxıstan 3,9 əmsalla Rusiya tutur.
Sıralamada Belçika-3,7, Kuba-3,6, Belarus-3,4, Ukrayna və Litva 3,1 əmsalla sonrakı yerlərdə cəmləşiblər. Onların ardınca isə Danimarka - 2,6 və ABŞ - 2,5 gəlir.
Bağlanmış nikahların pozulma faizinə görə götürdükdə isə ilk üçlükdə Avropa ölkələridir. Portuqaliya - 94, İspaniya 85, Lüksemburq - 79 faiz.
İlk onluqda sonrakı yerlər belə düzülüb:
Rusiya 74 faiz, Ukrayna 71, Çili 66,6, Çexiya 65, Gürcüstan 61,6, Moldova 60,9 və Belarus 60,6 faiz.
Azərbaycana gəldikdə, ölkəmiz rəsmi olaraq qlobal miqyasda ilk onluqda yer almasa da, boşanmaların sayı son 85 ilin rekord səviyyəsinə çatıb.
Dövlət Statistika Komitəsinin son rəsmi hesabatlarına görə, Azərbaycanda hər 1000 nəfərə düşən boşanma əmsalı 2,0 əmsal təşkil edir.
Boşanma nisbətinə gəldikdə, hazırda ölkədə bağlanan təxminən hər 2 nikahdan biri boşanma ilə nəticələnir (məsələn, 2026-cı ilin yanvar-iyul aylarında 22 130 nikah qarşılığında 11 678 boşanma qeydə alınıb.
Rüfət Sultan,
BakuPost