Ru
21:05 / 05 İyul 2026

Dünyanın ən bahalı şəhərləri hansılardır? - SİYAHI

Dünyanın ən bahalı şəhərləri hansılardır? -  SİYAHI
Eye

"Numbeo" xidməti dünyada yaşayış dəyərinə görə şəhərlərin yeni reytinqini dərc edib. 547 şəhəri əhatə edən siyahıda maraqlı nəticələr qeydə alınıb.

"Bakupost" xəbər verir ki, dünyanın ən bahalı şəhəri İsveçrənin Sürix şəhəridir.

İkinci pillədə Corctaun (Kayman adaları) qərarlaşıb.

Üçüncü yerdə isə yenə İsveçrənin Lütsern şəhəri yer alır.

İndeks hesablanarkən ərzaq məhsulları, kafe və restoranlarda qidalanma, nəqliyyat, kommunal xidmətlər və digər gündəlik xərclər nəzərə alınıb. Maraqlıdır ki, bu hesablamaya mənzil kirayəsi, ipoteka və daşınmaz əmlakın alış qiymətləri daxil edilməyib.


Reytinqə görə, Moskva siyahıda 307-ci yerdədir.

Dünyanın ən məşhur paytaxtları "ilk onluq"dan kənarda qalıb: Təl-Əviv 11-ci, London 24-cü, Paris 49-cu, Berlin isə 101-ci pillədə qərarlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar