Ru
09:00 / 03 Sentyabr 2026

Dünyanın ən varlı 10 insanı açıqlandı

Dünyanın ən varlı 10 insanı açıqlandı
Eye

İlon Maskın sərvəti avqust ayında 202 milyard dollar artaraq 892 milyard dollara çatıb. “SpaceX” və “Tesla”nın səhmlərinin bahalaşması sayəsində Mask dünyanın ən varlı insanı olaraq qalır.


"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Forbes”in sentyabrın 1-də, saat 00:00-a olan hesablamalarına əsasən, Maskın sərvəti iyul ayında 363 milyard dollar azaldıqdan sonra avqustda yenidən rekord həddə yüksəlib.


Bu müddətdə “SpaceX” səhmləri 33 faiz, “Tesla” səhmləri isə 18 faiz bahalaşıb.


Maskın 892 milyard dollarlıq sərvəti dünyanın ikinci ən varlı insanı, “Google”un həmtəsisçisi Larri Peycin sərvətindən üç dəfədən çoxdur. Peyc avqust ayında 15 milyard dollar itirib və sərvəti 277 milyard dollara düşüb.


“Amazon”un təsisçisi Ceff Bezosun sərvəti 10 milyard dollar, “Google”un digər həmtəsisçisi Sergey Brinin sərvəti isə 13 milyard dollar azalıb. Buna baxmayaraq, Bezos 268 milyard dollarla üçüncü, Brin isə 256 milyard dollarla dördüncü yerdə qalıb.


Avqust ayında ilk altı pillədə dəyişiklik olmayıb. Maykl Dell 241 milyard dollarla beşinci, Mark Zukerberq isə 197 milyard dollarla altıncı yerdə qərarlaşıb.


“Oracle” səhmlərinin 15 faiz bahalaşması Larri Ellisonun sərvətini 25 milyard dollar artıraraq 193 milyard dollara çatdırıb. Ellison yeddinci pilləyə yüksəlib.


“Nvidia”nın baş direktoru Censen Huanqın sərvəti 17 milyard dollar artsa da, o, 191 milyard dollarla səkkizinci yerə geriləyib.


Əvvəllər dünyanın ən varlı insanları sırasında olan Bernar Arno və Uorren Baffet isə ilk 10-luqdan çıxıblar. Arnonun sərvətinin azalmasına “LVMH” səhmlərinin ucuzlaşması, Baffetin sərvətinin azalmasına isə “Berkshire Hathaway” səhmlərinin enməsi təsir edib.


Onların yerini keçmiş “Microsoft” rəhbəri Stiv Ballmer və “Inditex”in təqaüdçü rəhbəri Amansio Orteqa tutub. Ballmerin sərvəti 10 milyard dollar artaraq 155 milyard dollara çatıb və o, doqquzuncu pillədə qərarlaşıb. Orteqanın sərvəti isə 5 milyard dollar artaraq 148 milyard dollar olub.


Dünyanın ən varlı 10 insanı


İlon Mask - 892 milyard dollar,


Larri Peyc - 277 milyard dollar,

Ceff Bezos - 268 milyard dollar,

Sergey Brin - 256 milyard dollar,

Maykl Dell - 241 milyard dollar,

Mark Zukerberq - 197 milyard dollar,

Larri Ellison - 193 milyard dollar,

Censen Huanq - 191 milyard dollar,

Stiv Ballmer - 155 milyard dollar,

Amansio Orteqa - 148 milyard dollar.

“Forbes”ə görə, dünyanın ən varlı 10 insanının ümumi sərvəti 2,8 trilyon dollara çatıb. İyul ayında bu göstərici 2,6 trilyon dollar olub.

Siyahıdakı 10 milyarderin doqquzu ABŞ vətəndaşıdır. ABŞ-dən kənardan siyahıya daxil olan yeganə şəxs İspaniya vətəndaşı Amansio Orteqadır. İlk 10-luğun bütün üzvləri kişilərdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar