Ru
14:24 / 17 İyun 2026

Dünyanın ən varlı 10 insanı - Yeni siyahı

Dünyanın ən varlı 10 insanı  - Yeni siyahı
Eye

Milyarderlər İndeksi yenilənib və dünyanın ən varlı 10 nəfərinin adı açıqlanıb.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, texnologiya səhmlərindəki dalğalanmalar və iri şirkətlərin bazar göstəriciləri milyarderlərin sərvətində ciddi fərqlər yaradıb. Siyahı həm də texnologiya, maliyyə və sənaye sahələri arasında rəqabəti bir daha gündəmə gətirib.

Reytinqə əsasən, dünyanın ən varlı 10 şəxsi belə sıralanır:

10-cu yerdə Cim Uolto – 147 milyard dollar

9-cu yerdə Bernard Arno – 166 milyard dollar

8-ci yerdə Censen Huanq – 170 milyard dollar

7-ci yerdə Mark Zuckerberg – 202 milyard dollar

6-cı yerdə Maykl Dell – 211 milyard dollar

5-ci yerdə Larri Ellison – 237 milyard dollar

4-cü yerdə Ceff Bezos – 262 milyard dollar

3-cü yerdə Sergey Brin – 283 milyard dollar

2-ci yerdə Larri Peyc – 304 milyard dollar

1-ci yerdə isə İlon Mask – 1,1 trilyon dollar.

Mütəxəssislər bildirirlər ki, texnologiya sektorundakı inkişaf və süni intellekt sahəsindəki irəliləyişlər bu siyahının formalaşmasında əsas rol oynamaqda davam edir.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar