17:12 / 13 Fevral 2026
Dünyanın nəhəng bankında Epşteyn skandalı – Rəsmi istefa verdi
329
Dünyanın ən böyük investisiya şirkətlərindən və ABŞ-ın nəhəng banklarından “Goldman Sachs”ın vəkillərindən Kathy Ruemmler vəzifəsindən istefa verdi.
Baupost.az “Financial Times”a istinadən xəbər verir ki, buna səbəb ABŞ Ədliyyə Nazirliyinin yayımladığı “Epşteyn faylları”nda vəkilin adının keçməsi olub.
ABŞ-ın keçmiş prezidenti Barack Obamanın keçmiş müşaviri olan Ruemmler bu il iyunun 30-da “Goldman Sachs”dakı vəzifəsini tərk edəcək.
Ruemmler jurnalistlərə bildirib ki, Epsteinlə tanışlıqdan peşmanlıq hissi keçirir. “Goldman Sachs”ın baş icraçı direktoru David Solomon isə açıqlamasında qeyd edib:
“O, həmişə hamımızın dostu oldu və darıxacağıq. Onun istefasını qəbul edirəm və qərarına hörmətlə yanaşıram”.
Sənədlərdə göstərilir ki, Ruemmler 2018-ci ildə Epşteinə “Cefri əmi” deyə müraciət edib və 2014-2019-cu illərdə onunla yazışmaları olub.
Həmçinin, Ruemmler Epşteindən bahalı hədiyyələr – lüks əl çantaları və xəz gödəkçələr aldığı, bunların isə 2008-ci ildə Epşteynin həbsindən və seksual təcavüzçü kimi tanınmasından sonra baş verdiyi qeyd olunur.
Cavid, BakuPost