Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib.
"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Nihad Ənvər oğlu Şıxəliyevə "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, N.Şıxəliyev Azərbaycan Respublikası Hərbi prokurorunun müavinidir.