Ru
22:25 / 10 Dekabr 2025

Efirdə GƏRGİNLİK: Şəbnəmdən sonra Təranə də Vəfanın məktubunu cırdı - VİDEO

Efirdə GƏRGİNLİK: Şəbnəmdən sonra Təranə də Vəfanın məktubunu cırdı - VİDEO
Eye

Müğənni Təranə Qumral həmkarı Vəfa Şərifovanın yazdığı məktubu canlı efirdə cıraraq diqqət mərkəzinə düşüb.

Bakupost.az Milli.Az-a istinadla xəbər verir ki, sözügedən gərgin anlar "Günə Uğurla" verilişində yaşanıb.

Təranə Qumral efirdə bildirib ki, məktubda yazılanlara telefonla Vəfaya şəxsən cavab verəcək. Hadisəyə Musa Musayev də münasibət bildirərək Vəfa Şərifovanın addımına qarşı çıxdığını deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəbnəm Tovuzlu da aparıcı Zaur Nəbioğlunun təkidi ilə canlı yayımda Vəfa Şərifovanın yazdığı ad günü dəvətnaməsini efirdəcə cırmışdı.

Gərginlik yaradan son hadisənin kadrları sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar