Ru
16:23 / 27 İyun 2026

Əfqanıstanda şiddətli yağışlar 5 nəfərin həyatına son qoydu

Əfqanıstanda şiddətli yağışlar 5 nəfərin həyatına son qoydu
Eye

Əfqanıstanda daşqın, tufan və torpaq sürüşmələrinə səbəb olan şiddətli yağışlar nəticəsində azı 5 nəfər həlak olub.


Bakupost.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb.

Qurumun nümayəndəsinin sözlərinə görə, son 48 saat ərzində təbii fəlakətlər Kabil, Zabul, Qəndəhar, Səməngan, Təxar, Nəngərhar, Ləğman və Künər əyalətlərinə təsir göstərib.

Təbii fəlakət insan ölümü ilə yanaşı, ciddi maddi ziyan da vurub. Hakimiyyət orqanlarının məlumatına görə, 30 yaşayış evi tamamilə və ya qismən dağılıb, 60 kilometrdən çox kənd yolu yuyulub, 225 akr kənd təsərrüfatı sahəsini su basıb.

Rəsmi statistikaya əsasən, martın sonundan bəri Əfqanıstanda şiddətli yağışlar, qəfil daşqınlar və güclü tufanlar nəticəsində 314-dən çox insan həlak olub, 400-ə yaxın insan isə xəsarət alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar