Ru
15:37 / 30 May 2026

Əfqanıstanda yük maşını aşdı: 18 nəfər öldü, 10-u uşaqdır

Əfqanıstanda yük maşını aşdı:  18 nəfər öldü, 10-u uşaqdır
Eye

Əfqanıstanın şərqində baş verən ağır yol qəzası nəticəsində 18 nəfər həyatını itirib.

Bakupost.az Ölkə.az-a istinadla xəbər verir ki, hadisə Lağman vilayəti ərazisində qeydə alınıb.

Yerli hakimiyyət nümayəndələrinin məlumatına görə, ailələri daşıyan yük maşını aşıb. Nəticədə 10-u uşaq olmaqla, 18 nəfər ölüb, daha 29 nəfər isə yaralanıb.

Məlumata görə, avtomobildə əvvəllər Pakistanda yaşamış və ölkələrinə qayıdan əfqan ailələri olub. Həlak olanlar arasında 10 uşaq, 5 qadın və 3 kişi var.

Vilayət qubernatorunun sözçüsü bildirib ki, Əfqanıstanda bu cür qəzalar tez-tez baş verir. Buna səbəb kimi uzun illər davam edən münaqişələrdən sonra yolların yararsız vəziyyətə düşməsi, təhlükəli sürücülük və nəzarətin zəif olması göstərilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar