Ru
17:50 / 03 Sentyabr 2026

Əhməd Davudoğlu həbs oluna bilər?

Əhməd Davudoğlu həbs oluna bilər?
Eye

Ankara Prokurorluğu Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğluna qarşı sosial mediada ölkə prezidentini təhqir etdiyinə görə istintaqa başlayıb.

“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, iş Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinin 1-ci hissəsi - "Prezidenti təhqir etmək" maddəsi ilə açılıb.

Ankara Prokurorluğu qərarın sosial media paylaşımlarının araşdırılmasından sonra verildiyini bildirib.

Qeyd edək ki, Əhməd Davudoğlu türk siyasətçisi və keçmiş diplomatdır. Davudoğlu 2009-cu ildən 2014-cü ilə qədər Türkiyənin Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2014-cü ilin avqustundan 2016-cı ilin may ayına qədər isə hökumətə başçılıq edib.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar