Ru
21:33 / 07 Avqust 2026

Əhməd Naxçıvanlı Vasif Talıbova meyxana həsr etdi, sosial şəbəkələr qarışdı - VİDEO

Əhməd Naxçıvanlı Vasif Talıbova meyxana həsr etdi, sosial şəbəkələr qarışdı -  VİDEO
Eye

Meyxanaçı Əhməd Naxçıvanlı çıxışlarından birində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov haqqında meyxana səsləndirib.

"Bakupost" xəbər verir ki, o, meyxanasında Vasif Talıbovu Naxçıvanın inkişafında mühüm rol oynamış şəxs kimi təqdim edib.

Meyxanaçı ifasında "Naxçıvanın qurucusu Vasif Talıbovdur, onu heç zaman Naxçıvan xalqı unutmur",- sözlərini səsləndirib.

Xatırladaq ki, Vasif Talıbov 1995–2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini icra edib. O, 2022-ci ilin dekabrında istefa verib. Meyxanada səsləndirilən fikirlər sosial şəbəkələrdə müxtəlif reaksiyalar və müzakirələr doğurub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar